CƏMİYYƏT


Gürcüstanda Beynəlxalq Sülh Günü qeyd olunub

Tbilisi, 22 sentyabr, AZƏRTAC

Tbilisidə Beynəlxalq Sülh Günü qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbirə Gürcüstanın dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, milli azlıqların təmsilçiləri qatılıblar. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da tədbirdə iştirak edib.

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri Ketevan Tsixelaşvili çıxış edərək Beynəlxalq Sülh Gününün əhəmiyyətindən danışıb, təbriklərini çatdırıb. Bildirilib ki, bu tədbir, eyni zamanda, Berlin divarlarının sökülməsinin 30 illiyinə həsr olunub.

Nazir deyib ki, süni barrikadalar, tanklar, divarlar insanların təbii istəklərinin qarşısını ala bilməz. Düşünürük ki, bunu sülh siyasəti ilə edəcəyik.

K.Tsixelaşvili ölkəsində və regionda mövcud vəziyyətdən danışıb, münaqişələrin təkcə regionda deyil, dünyada da sülhə təhdid olduğunu diqqətə çatdırıb.

Sonra Almaniyanın Gürcüstandakı səfiri Hubert Knirş çıxış edib, tədbir iştirakçılarını Sülh Günü münasibətilə təbrik edib.

Tədbir konsert proqramı ilə başa çatıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.