DÜNYA


Gürcüstanda “Çevik ruh” çoxmillətli hərbi təlimləri keçiriləcək

Tbilisi, 21 iyul, AZƏRTAC

İyulun 26-da Gürcüstanda ABŞ ilə birgə “Çevik ruh” (Agile Spirit 2021) çoxmillətli hərbi təlimləri başlayacaq.

AZƏRTAC xəbər verir ki, avqustun 6-dək davam edəcək hərbi təlimlərə 15 müttəfiq və tərəfdaş ölkə - Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliyadan 2500-dək hərbi heyət qatılacaq.

Hərbi təlimlərin keçirilməsində məqsəd ABŞ, Gürcüstan, müttəfiqlər və regional tərəfdaşların hərbi qüvvələrinin hazırlığının və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir.

“Çevik ruh” təlimləri komanda-qərargah, çöl şəraitində keçiriləcək və batalyonlar səviyyəsində atış tapşırıqları icra olunacaq.

Təlimlərdə iştirak edəcək ABŞ texnikası artıq Gürcüstana çatdırılıb.

Bu hərbi təlimlər Gürcüstanda 2011-ci ildən etibarən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.