Gürcüstanda COVID-19-a yoluxanların sayı 251 mini keçib
AzerTAg.az
Tbilisi, 21 yanvar, AZƏRTAC
Gürcüstanda son sutka ərzində koronavirusla əlaqədar 17019 nəfər test olunub. Nəticədə 1137 nəfərdə COVID-19 virusu təsdiq edilib. Daha 11 nəfər isə pandemiyanın qurbanı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurası sədrinin müavini Berdiya Siçinava bu gün keçirdiyi brifinqdə məlumat verib.
Bildirilib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 251 min 71-ə çatıb. Onlardan 238 min 101-i sağalıb, ölənlərin ümumi sayı isə 2998-dir.
Hazırda karantin zonalarında 478, stasionar nəzarətdə 3 478 nəfər saxlanılır. Daha 536 nəfər isə xüsusi otellərdə müalicə olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin mətnində orfoqrafik səhv var