DÜNYA


Gürcüstanda COVID-19-a yoluxanların sayı 90 minə çatır

Tbilisi, 18 noyabr, AZƏRTAC

Gürcüstanda COVID-19 virusuna yoluxanların ümumi sayı 90 minə çatır. Son sutkada koronavirusa 3 443 yeni yoluxma halı qeydə alınıb, 2 539 nəfər sağalıb, 37 pasiyent isə pandemiyanın qurbanı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilib ki, bununla da, ölkədə indiyədək COVID-19-a təsdiqlənən yoluxma hallarının sayı 89 395-ə çatıb. Yoluxanların 71 468-i sağalıb.

Pandemiya qurbanlarının sayı isə 815-ə çatıb.

Hazırda 2 min 370 nəfər karantin zonalarında, stasionar nəzarətdə isə 5 min 763 nəfər var. Xəstəliyi yüngül formada keçirən 3 min 435 nəfər isə xüsusi otellərdə müalicə alır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.