Gürcüstanda COVID-19 virusuna yoluxanların ümumi sayı 135 mindən çoxdur
AzerTAg.az
Tbilisi, 30 noyabr, AZƏRTAC
Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı artmaqda davam edir. Son sutka ərzində ölkədə daha 3216 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3937 nəfər sağalıb, 37 pasiyent isə dünyasını dəyişib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, bununla da ölkə üzrə COVID-19-a yoluxanların sayı 135 min 584-ə çatıb. Yoluxanların 113 986-sı sağalıb, 1 267-si isə ölüb.
Hazırda ölkə üzrə 2104 nəfər karantin zonalarında, 6388 nəfər stasionar nəzarətdə saxlanılır.
Xəstəliyi yüngül formada keçirən 3857 nəfər isə xüsusi otellərdə müalicə olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin mətnində orfoqrafik səhv var