DÜNYA


Gürcüstanda HİV-ə yoluxanların sayı min nəfərə yaxınlaşıb

Gürcüstanda HİV-ə yoluxanların sayı min nəfərə yaxınlaşıb

Tbilisi, 22 may, AZƏRTAC

Dünya QİÇS qurbanlarının anım günü Gürcüstanda özünəməxsus şəkildə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın İnfeksiya Patologiyası, QİÇS və Klinik İmmunologiya üzrə elmi-praktik mərkəzi “Gəlin xatırlayaq və hərəkət edək” adlı aksiya-performans və mətbuat konfransı keçirib.

Mərkəzin məlumatına görə, hazırda ölkədə 9998 nəfər HİV xəstəsi qeydiyyatdadır. Onların 7464-nü kişilər, 2534-nü isə qadınlar təşkil edir. Xəstələrin böyük əksəriyyəti 29-39 yaş arasında olan insanlardır və onların 4885-i QİÇS səbəbindən həyatını itirib.

İndiyədək dünyada 84,2 milyon insan bu virusa yoluxub və onların 40,1 milyonu ölüb.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.