DÜNYA


Gürcüstanda Konstitusiyaya dəyişiklilərlə bağlı ümumxalq müzakirəsi keçiriləcək

Tbilisi, 2 iyun, AZƏRTAC

Gürcüstanda seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Konstitusiyaya təklif olunan dəyişikliklərin ümumxalq müzakirəsinə başlanılacaq. İyunun 4-də başlayacaq müzakirələr onlayn formatda keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan parlamentinin Reqlament və prosedur məsələlər komitəsinin sədri Quram Maçaraşvili deyib.

Bununla bağlı qanun layihəsində bildirilib ki, 2020-ci ilin parlament seçkiləri qarışıq sistem üzrə keçiriləcək və qanunverici orqana 120 deputat proporsional, 30 deputat isə majoritar sistem üzrə seçiləcək. Proporsional seçkilər 1 faizlik seçki baryeri ilə keçiriləcək.

Sənəddə qeyd olunub ki, seçkilərdə proporsional sistem üzrə 40,54 faizdən az səs toplayan partiya və ya siyasi blok hökumətin formalaşdırılmasında müstəqil olaraq iştirak edə bilməyəcək.

Qanun layihəsinə əsasən, parlament seçkilərində iştirak etmək istəyən partiya 5000 seçicinin imzasını təqdim etməlidir.

Son parlament və yerli idarəetmə orqanlarına seçkilərdə iştirak edən və proporsional olaraq ən azı 15 min səs qazanan partiya və ya bloklar, həmçinin 2018-ci ildə prezident seçkilərində namizəd irəli sürən və ən azı 15 min səs toplayan partiyalar həmin sayda imza verməkdən azaddır.

Sənəddə vurğulanıb ki, 2024-cü ilə qədər növbədənkənar seçkilərin keçiriləcəyi halda, qanun layihəsində nəzərdə tutulan müvəqqəti seçki sistemi qüvvədə olacaq.

Qeyd edək ki, Gürcüstanda növbəti parlament seçkiləri oktyabrın 31-nə təyin olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.