DÜNYA


Gürcüstanda Milli Mədəniyyət Fondu yaradılır

Tbilisi, 19 oktyabr, AZƏRTAC

Gürcüstanda yeni qurum – Milli Mədəniyyət Fondu yaradılır. Fond 2020-ci il yanvarın 1-dən rəsmi fəaliyyətə başlayacaq.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Gürcüstan Hökuməti qərar qəbul edib.

Qərarda deyilir ki, yeni fond Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin mədəniyyətlə bağlı funksiyalarını həyata keçirəcək.

Fond həmçinin, dövlət büdcəsindən mədəniyyətlə bağlı qrant layihələri üçün nəzərdə tutulmuş maliyyə vəsaitlərini idarə edəcək.

Gürcüstandakı milli azlıqların mədəni irsinin qorunması, təbliği və inkişafı məsələləri də fondun səlahiyyətlərinə daxil edilib.

Mədəni irsin müdafiəsi, təbliği, inkişafı məqsədlərini daşıyan fond publik-hüquqi şəxs olacaq və beynəlxalq əməkdaşlıq məsələlərini də həyata keçirəcək.

Məlumat üçün qeyd edək ki, artıq Gürcüstanda Şota Rustaveli adına Milli Elm Fondu fəaliyyət göstərir və bu qurum elmin inkişafında mühüm işlər görüb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.