DÜNYA


Gürcüstanda Müqəddəs Ailə Günü qeyd olunur

Tbilisi, 17 may, AZƏRTAC

Bu gün Gürcüstanda Müqəddəs Ailə Günü qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bayram münasibətilə paytaxt Tbilisidəki “Respublika” meydanından “Müqəddəs üçlük” kilsəsinə qədər ümumxalq yürüşü təşkil olunub.

Gürcüstan Patriarxlığının təşəbbüsü ilə keçirilən aksiyada din xadimləri ilə yanaşı, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edirlər.

Yürüş kilsədə ayinlərin icrasından sonra konsertlə başa çatacaq.

Qeyd edək ki, Gürcüstanda Müqəddəs Ailə Günü artıq bir neçə ildir qeyd olunur. Bayram tədbirləri paytaxt Tbilisi ilə yanaşı, bölgələrdə də keçirilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.