DÜNYA
Gürcüstanda QİÇS-ə yoluxma halları artıb
Tbilisi, 13 noyabr, AZƏRTAC
Gürcüstanda QİÇS-ə yoluxma halları artıb. Təkcə bu il bu xəstəliyə yoluxma ilə bağlı 570 yeni hal qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksiya Patologiyası, QİÇS və Kliniki İmmunologiya üzrə Elmi-Praktik Mərkəzinin məlumatında bildirilir.
Məlumatda deyilir ki, cari ilin noyabrın 10-dək ölkədə bu infeksion xəstəliyə yoluxanların ümumi sayı 8004 nəfər təşkil edib. Onların da 43-ü uşaqdır.
QİÇS-ə yoluxanların 6006-sı kişi, 1998-si isə qadındır. Onların da böyük əksəriyyətini 29-39 yaş qrupuna daxil olan şəxslər təşkil edir.
Bildirilir ki, QİÇS 4184 xəstədə inkişaf edib, 1619 nəfər isə dünyasını dəyişib.
HİV infeksiyasına yoluxma ən çox Tbilisidə qeydə alınıb - 2956 fakt. Onlardan 87-si xarici ölkə vətəndaşıdır.
Məlumat üçün qeyd edək ki, Gürcüstanda QİÇS-ə ilk yoluxma halı 1989-cu ildə qeydə alınıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]