DÜNYA


Gürcüstanda QİÇS-ə yoluxma halları artır

Tbilisi, 8 noyabr, AZƏRTAC

Gürcüstanda QİÇS-ə yoluxma halları artır.

AZƏRTAC Gürcüstanın İnfeksiya Patologiyası, QİÇS və Klinik İmmunologiya üzrə Elmi-Praktik Mərkəzinə istinadla xəbər verir ki, ilin əvvəlindən noyabradək ölkədə QİÇS-ə yoluxanların sayı 570 nəfər artıb.

Ümumiyyətlə, cari ilin yanvarından noyabradək ölkədə 7332 QİÇS-ə yoluxma halı qeydə alınıb. Xəstəliyə yoluxanlar arasında kişilər üstünlük təşkil edirlər - 5486 nəfər. Onlardan 1846-sı isə qadındır. Bu virusa yoluxanların böyük əksəriyyəti 29-40 yaşlarındadır. QİÇS 3816 xəstədə inkişaf edib, 1495 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

QİÇS-ə yoluxan şəxslərin 2587-si Tbilisidə yaşayır. İnfeksiyanın daşıyıcılarının 87-si əcnəbi vətəndaşlardır.

Qeyd edək ki, Gürcüstanda QİÇS-ə ilk yoluxma halı 1989-cu ildə qeydə alınıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.