DÜNYA


Gürcüstanda Rusiyaya meyilli yeni siyasi partiya yaradılıb

Tbilisi, 7 dekabr, AZƏRTAC

Gürcüstanda “Mühafizəkarlar hərəkatı” adlı yeni siyasi partiya yaradılıb.

AZƏRTAC xəbər verir ki, partiya bu gün rəsmi olaraq dövlət qeydiyyatına alınıb.

Bildirilir ki, “Alt-İnfo” onlayn media resursunun təsis etdiyi ultramühafizəkar və millətçi “Mühafizəkarlar hərəkat”ının əsas məqsədi Gürcüstanda xristian demokratiyasını inkişaf etdirməkdir.

Gürcüstanın Rusiya ilə münasibətlərinin bərpasının tərəfdar olan partiya liderləri ABŞ və Avropa İttifaqına qarşıdırlar.

Partiyanın sədri vəzifəsi hələlik Zurab Maxaradzeyə, baş katib postu isə Giorgi Kardava həvalə olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.