CƏMİYYƏT


Gürcüstanda “SOCAR Georgia” üçün yanacaq daşıyan maşın qəzaya uğrayıb

Tbilisi, 18 fevral, AZƏRTAC

Gürcüstanın Kaxetiya bölgəsində, Qombori-Telavi yolunda “SOCAR Georgia” şirkətinə yanacaq daşıyan 23 300 litr maye tutumlu “Scania” markalı yanacaqdaşıyan maşın qəzaya uğrayıb.

AZƏRTAC "SOCAR Georgia" şirkətinə istinadla xəbər verir ki, hadisə zamanı zərərçəkən olmayıb, sürücü İlqar Şamilov yüngül zədə alıb.

Şirkətdən bildiriblər ki, daşınan məhsulun bir hissəsi yola dağılıb. Marşrutun dəniz səviyyəsindən 1,650 metr yüksəklikdə yerləşən Qombori hissəsi çətin keçilən yoldur. Aşırımlı yolun qeyri-bərabər relyefi və hava şəraitinin əlverişsiz olması qəza vəziyyəti yaradıb. Maşın və yük sığortalıdır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.