DÜNYA


Gürcüstanda Uşaqlar və Gənclər Milli Agentliyi yaradılır

Tbilisi, 18 fevral, AZƏRTAC

Gürcüstanda uşaq və gənclərin problemləri ilə məşğul olacaq yeni qurum - Uşaqlar və Gənclər Milli Agentliyi yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bununla bağlı ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi qanun layihəsi hazırlayıb.

Yeni agentliyin yaradılmasında əsas məqsəd hökumət və gənclər arasında kommunikasiyanın genişləndirilməsi, uşaq və gənclərin ictimai həyata cəlb olunmasına dövlət dəstəyinin artırılması, onların hüquqlarının müdafiəsidir.

Yeni dövlət qurumu ictimai hüquqlu hüquqi şəxs olacaq və hökumətin nəzdində fəaliyyət göstərəcək.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.