QAN YADDAŞI


Gürcüstanda “Xocalıya ədalət” adlı xüsusi jurnal çap edilib

Tbilisi, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Gürcüstanda bir sıra anım tədbirləri keçirilib.

AZƏRTAC xəbər verir ki, səfirliyin hazırladığı tədbirlər planı çərçivəsində soyqırımın 29-cu ildönümünə həsr olunan “Xocalıya ədalət” adlı xüsusi jurnal çap edilib.

Tbilisidə ingilis dilində nəşr olunan dərginin əsas məqsədi Azərbaycanın haqq səsinin və qazandığı böyük Qələbənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımlara dəstək verməkdir.

Jurnalda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qələbə Paradında çıxışı, həmçinin dövlətimizin başçısının Şuşaya səfəri və oradakı çıxışları geniş işıqlandırılıb.

Eyni zamanda, jurnalda Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı və təsisçisi Leyla Əliyevanın ön sözü yer alıb.

Jurnalda Xocalı soyqırımı nəticəsində 613 nəfərin həlak olduğu, 1275 nəfərin əsir götürüldüyü qeyd edilib, Vətən müharibəsi nəticəsində işğaldan azad olunan torpaqlarımız barədə məlumat verilib. Həmçinin dünyanın aparıcı kütləvi informasiya vasitələri, o cümlədən “The Sunday Times”, “Newsweek”, “The New York Times”, “Time”, “The Washington Times” qəzetləri tərəfindən bu soyqırımı barədə materialların yayıldığı qeyd olunur.

Nəşrdə Xocalı soyqırımı qurbanları, tarixi faktlar, müxtəlif ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər də yer alıb.

Səfirlik tərəfindən jurnalın Gürcüstanın Prezidentinə, Baş nazirinə, Parlamentinin sədrinə, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin və Parlamentinin səlahiyyətli nümayəndələrinə, həmçinin bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara təqdim olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.