DÜNYA


Gürcüstanda ailə gəlirləri və xərcləri azalıb

Tbilisi, 1 iyun, AZƏRTAC

Keçən il Gürcüstanda hər bir ailənin orta aylıq gəliri 1,2 milyard lari, xərcləri isə 1,3 milyard təşkil edib. Bu da 2019-cu illə müqayisədə müvafiq olaraq 4,5 faiz və 7,6 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətindən məlumat verilib.

Bildirilib ki, pandemiya dövründə hər bir ailənin aylıq gəliri 6,4 faiz azalaraq 1,1 min lari, bir adama düşən gəlirlər isə 4,4 faiz azalaraq 321,4 lari olub. Şəhər əhalisinin gəlirləri 4,3 faiz, kənd yerlərində yaşayanların gəlirləri isə 5 faiz azalıb.

Pandemiya dövründə Gürcüstan əhalisi daha az pul xərcləyib.

Hər bir ailənin aylıq xərcləri 9,4 faiz azalaraq təqribən 1000 lari, adambaşına düşən xərc isə 7,4 faiz azalaraq 303,3 lari təşkil edib.

Keçən il şəhər əhalisinin xərcləri 6,5 faiz, kənd yerlərində isə 9,4 faiz azalıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.