DÜNYA


Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgədə baş verən qəza nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Tbilisi, 13 iyul, AZƏRTAC

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunun ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC Gürcüstan Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Nazirliyin məlumatında bildirilir ki, karqo xidmətinə məxsus yük avtomobili əvvəlcə qarşıdan gələn minik avtomobili ilə toqquşub və daha sonra yanından ötən digər nəqliyyat vasitələrinin üzərinə aşıb. Zəncirvarı qəza nəticəsində səkkiz avtomobilə zərər dəyib.

Faktla bağlı cinayət işi başlanıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.