CƏMİYYƏT


Gürcüstanda azərbaycanlıların yaşadıqları kənddə yeni uşaq bağçası istifadəyə verilib

Tbilisi, 10 oktyabr, AZƏRTAC

Gürcüstanda, azərbaycanlıların ən çox yaşadıqları Marneuli rayonunun Alget kəndində yeni uşaq bağçası istifadəyə verilib.

Marneuli bələdiyyəsindən AZƏRTAC-a bildiriblər ki, əsasən azərbaycanlılar yaşayan kənddə istifadəyə verilən uşaq bağçası ikimərtəbəli və 150 yerlikdir. Bağçanın binası müasir standartlara cavab verir. Onun ərazisində uşaqlar üçün attraksionlar və digər əyləncə yerləri, təhlükəsizlik üçün rezin örtüklər, oturacaqlar quraşdırılıb.

Uşaq bağçasının tikintisinə regionda həyata keçirilən layihələr çərçivəsində yerli büdcədən maliyyə vəsaiti ayrılıb. Bağçanın açılışında dövlət və hökumət nümayəndələri, parlament deputatları, bağça əməkdaşları, valideynlər və kənd sakinləri iştirak ediblər.

Bağçada uşaqların təlim-tərbiyəsi və qayğıları ilə məşğul olacaq heyət də əsasən azərbaycanlılardan ibarətdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.