CƏMİYYƏT


Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə qrip virusunun yayılma ehtimalı çox azdır

Tbilisi, 12 yanvar, AZƏRTAC

Gürcüstanda azərbaycanlıların ən çox yaşadıqları Kvemo Kartli bölgəsində qrip virusundan ölüm faktı qeydə alınmayıb. Ümumiyyətlə, bu bölgədə qrip virusundan kəskin xəstələnmə və ya digər ağır hallara rast gəlinməyib.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze söyləyib.

O deyib ki, qrip virusu ən çox paytaxt Tbilisidə və Acarıstan Muxtar Respublikasında yayılıb. Tbilisi və Batumi əsas mərkəz hesab olunur. Gürcüstanın Kvemo Kartli bölgəsində və digər regionlarında da qrip virusunun yayılma ehtimalı çox azdır. Səhiyyə Nazirliyinin tapşırığına əsasən regionlarda da məcburi peyvəndləmə həyata keçirilir. Əgər hər hansı çağırış olarsa, hökumət həmin bölgələrə də təcili yardım göstərməyə hazırdır.

Qeyd edək ki, hazırda Gürcüstanda qrip virusuna yoluxmuş 845 nəfər xəstəxanalarda müalicə olunur. Onlardan 44-ü reanimasiya şöbələrindədir. Ölkədə indiyədək 15 nəfər qripdən ölüb. Onlardan beşi Acarıstan Muxtar Respublikasının sakinidir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.