DÜNYA
Gürcüstanda bahalaşma davam edir
Tbilisi, 2 noyabr, AZƏRTAC
Son vaxtlar Gürcüstanda ərzaq və digər gündəlik tələbat mallarının qiymətində artım qeydə alınır.
AZƏRTAC xəbər verir ki, təkcə oktyabr ayında Gürcüstanda geyim əşyalarının qiymətlərində (pal-paltar) 3,6 faiz, ayaqqabılarda 12,6 faiz bahalaşma olub. Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, ölkədə nəqliyyat xərcləri 0,6 faiz, alkoqollu içkilər və tütünün qiyməti 0,7 faiz, səhiyyə xərcləri isə 0,6 faiz artıb.
Ümumiyyətlə, oktyabr ayında Gürcüstanda inflyasiya 0,3 faiz təşkil edib. İllik inflyasiya isə 2,3 faiz olub.
İllik inflyasiyanın təsiri nəticəsində 2017-ci illə müqayisədə ərzaq və alkoqolsuz içkilər 0,2 faiz, alkoqollu içkilər və tütün 5,7 faiz, nəqliyyat xərcləri 6,5 faiz, səhiyyə xərcləri 6,1 faiz, kommunal xərclər isə 4,4 faiz artıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]