DÜNYA


Gürcüstanda beynəlxalq aviareyslərin bərpası iyulun sonunadək təxirə salına bilər

Tbilisi, 25 iyun, AZƏRTAC

Gürcüstanda müntəzəm beynəlxalq aviareyslərin bərpası iyulun sonuna qədər təxirə salına bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Davamlı İnkişaf və İqtisadiyyat naziri Natia Turnava deyib.

Onun sözlərinə görə, beynəlxalq aviareyslərin bərpasının uzadılması dünyadakı epidemioloji vəziyyətlə əlaqədardır.

“Çox böyük ehtimalla Gürcüstan müntəzəm beynəlxalq aviauçuşları iyulun sonadək təxirə salacaq”, - deyə nazir vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.