DÜNYA
Gürcüstanda birinci sinif şagirdləri üçün yeni dərs ili oktyabrın 4-də başlayacaq
Tbilisi, 8 sentyabr, AZƏRTAC
Gürcüstan məktəblərində birinci siniflərin ilk dərs günü sentyabrın 15-də deyil, oktyabrın 4-də əyani formatda başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, bu qərar yalnız tədrisin başlayacağı dövrdə yoluxma nisbətinin 4 faizdən aşağı olacaq şəhər və kəndlərə şamil ediləcək.
“Bu qərar, birinci sinif şagirdlərinin ilk məktəb təcrübəsinin sinif yoldaşlarının və müəllimlərin əhatəsində sinif mühitində aparılması lazım olan pedaqoji rəyə əsaslanır”, - deyə nazirlikdən bildirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]