Gürcüstanda daha 165 nəfər koronavirusa yoluxub, 11 nəfər ölüb
AzerTAg.az
Tbilisi, 15 fevral, AZƏRTAC
Gürcüstanda son sutka ərzində 9 min 197 nəfər COVID-19 virusu ilə əlaqədar test olunub. Nəticədə daha 165 nəfərdə koronavirus təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, bununla da, ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 265 min 722-yə çatıb.
Son 24 saat ərzində da 639 nəfər müalicə olunub və bu günədək müalicə olunaraq sağalanların sayı 258 min 732 nəfər təşkil edir.
Bununla belə 11 nəfər pandemiyanın qurbanı olub və koronavirusdan ölənlərin sayı 3 363-ə çatıb.
Ölkə üzrə gündəlik ümumi yoluxma 1,79 faiz təşkil edir.
Hazırda Gürcüstanda 238 nəfər karantində, 1932 nəfər stasionarda, 232 nəfər isə kovid-otellərdə müalicə olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin mətnində orfoqrafik səhv var