DÜNYA


Gürcüstanda daha 365 nəfər koronavirusa yoluxub

Tbilisi, 18 fevral, AZƏRTAC

Son sutka ərzində Gürcüstanda 17 min 188 nəfər koronavirusla əlaqədar test olunub. Nəticədə daha 365 nəfərdə bu infeksiya təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, son sutka ərzində 539 nəfər koronavirusdan müalicə olunub, 9 nəfər isə pandemiyanın qurbanı olub.

Bununla da ölkədə, COVID-19 virusuna yoluxanların ümumi sayı 267 min 313-ə, müalicə olunanların sayı 260 min 266-ya, ölənlərin sayı isə 3 min 399-a çatıb.

Hazırda Gürcüstanda 252 nəfər karantində, 1869 nəfər stasionarda, 248 nəfər isə kovid-otellərdə müalicə olunur.

Xarici ölkələrdə koronavirusa yoluxmuş 41 nəfər Gürcüstan vətəndaşı müalicəsini davam etdirmək üçün Tbilisiyə gətirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.