Gürcüstanda daha 486 nəfər koronavirusa yoluxub
AzerTAg.az
Tbilisi, 17 fevral, AZƏRTAC
Gürcüstanda son sutka ərzində 19 min 192 nəfər koronavirusla əlaqədar test olunub. Nəticədə daha 486 nəfərdə COVID-19 virusuna yoluxma qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 266 min 948-ə çatıb. Ölkədə bu günədək COVID-19-a yoluxanların 259 min 727-si sağalaraq evə buraxılıb.
Son sutkada daha 13 nəfər pandemiyanın qurbanı olub və koronavirusdan ölənlərin ümumi sayı bu gün 3 min 390-na çatıb.
Hazırda Gürcüstanda 3 min 805 aktiv koronavirus xəstəsi var. Onlardan 379-nun vəziyyəti ağırdır, 103 nəfər süni nəfəs aparatına qoşulub.
Gündəlik yoluxma 2,53 faizdir.
Hazırda 242 nəfər karantində, 229 nəfər COVID-otellərdə, 11 min 485 nəfər isə özünütəcrid rejimindədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin mətnində orfoqrafik səhv var