DÜNYA


Gürcüstanda daha 535 nəfərdə koronavirus təsdiqlənib

Tbilisi, 13 fevral, AZƏRTAC

Son sutka ərzində Gürcüstanda 27 min 187 nəfər COVID-19 virusu ilə əlaqədar test olunub. Nəticədə daha 535 nəfərdə koronavirus təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bu barədə, Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların sayı 265 min 200-ə çatıb.

Son 24 saat ərzində 757 nəfər koronavirusdan müalicə olunub, 7 nəfər isə pandemiyanın qurbanı olub. Bu virusdan sağalanların ümumi sayı 257 min 441-ə, ölənlərin sayı isə 3 343-ə çatıb.

Ölkədə gündəlik yoluxma 1,97 faiz təşkil edib.

Bildirilir ki, hazırda Gürcüstanda 226 nəfər karantində, 2004 nəfər stasionarda, 277 nəfər isə kovid-otellərdə müalicə olunur.

Qeyd edək ki, Gürcüstanda COVID-19 virusuna ilk yoluxma faktı 2020-ci il fevralın 26-da qeydə alınıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.