DÜNYA
Gürcüstanda daha 5596 nəfər koronavirusa yoluxub
Tbilisi, 12 yanvar, AZƏRTAC
Gürcüstanda son sutkada daha 5 596 nəfər koronavirusa yoluxub, 2946 nəfər müalicə olunaraq sağalıb, 47 nəfər pandemiyanın qurbanı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopcov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 973 909-a, sağalanların sayı 919 367-yə, bu virusdan ölənlərin sayı isə 14 311-ə çatıb.
Hazırda Gürcüstanda 40 405 aktiv koronavirus xəstəsi var.
Bundan başqa, 83 nəfər karantin rejimində, 33 234 nəfər özünütəcrid rejimindədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]