DÜNYA


Gürcüstanda daha 7 nəfər koronavirusa yoluxub

Tbilisi, 4 aprel, AZƏRTAC

Gürcüstanda gün ərzində daha 7 nəfər koronavirusa yoluxub. Bununla da COVID-19 virusuna yoluxanların sayı 155 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla əlaqədar yaratdığı ctopcov.ge saytında məlumat verilir.

Bildirilir ki, hazırda ölkədə 5 min 526 nəfər karantində, 344 nəfər stasionar nəzarətdədir.

Gürcüstanda 27 nəfər koronavirusdan müalicə olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.