CƏMİYYƏT
Gürcüstanda dolu azərbaycanlılar yaşayan bölgələrə ciddi ziyan vurub
Tbilisi, 22 avqust, AZƏRTAC
Avqustun 21-də axşam saatlarında Gürcüstanın bölgələrinə düşən dolu ciddi problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, təbii fəlakət nəticəsində azərbaycanlıların yığcam yaşadıqları Saqareco və Dmanisi rayonlarına da ciddi ziyan dəyib.
Dolu Dmanisi rayonunda rayon mərkəzinə və 12 kənddə, Saqarecoda isə rayon mərkəzi də daxil olmaqla 5 kənddə fermerlərə ciddi zərər vurub, meyvə bağlarını və əkin sahələrini yararsız hala salıb.
Dolu nəticəsində Saqareco rayon mərkəzi və kəndlərə elektrik enerjisini verilməsində problem yaranıb.
İlkin hesablamalara görə, hər iki rayona dəymiş ziyanın həcmi milyon laridən çoxdur.
Qeyd edək ki, sinoptiklər Gürcüstanda qeyri-sabit hava şəraitinin avqustun 25-dək davam edəcəyini proqnozlaşdırırlar.
Bəzi dağətəyi bölgələrdə torpaq sürüşməsi, qara dəniz sahillərində isə qasırğa barədə əhaliyə xəbərdarlıq olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]