DÜNYA


Gürcüstanda “donuz qripi” daha bir nəfərin həyatına son qoyub

Tbilisi, 22 yanvar, AZƏRTAC

Gürcüstanda “donuz qripi” (AH1N1) daha bir nəfərin həyatına son qoyub.

AZƏRTAC xəbər verir ki, Kutaisi şəhərində 32 yaşlı qadın AH1N1 virusundan dünyasını dəyişib. Bununla da qonşu ölkədə “donuz qripi”ndən dünyasını dəyişənlərin sayı 19-a çatıb.

Bildirilir ki, həmin qadın bu yaxınlarda ana olmuşdu.

Hazırda Gürcüstanda 800-ə yaxın insan “donuz qripi” virusundan müalicə olunur.

Bundan başqa, qonşu ölkədə qızılca da yayılmaqda davam edir. Bu gün Potidə daha 9 nəfər qızılca xəstəliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Gürcüstan hökuməti bütün xəstələrin müalicəsinin xərclərini öz üzərinə götürüb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.