DÜNYA


Gürcüstanda dünya çempionunun evi qarət olunub

Gürcüstanda dünya çempionunun evi qarət olunub

Tbilisi, 22 may, AZƏRTAC

Gürcüstan idmançısı, cüdo üzrə dünya və Avropa çempionu Luka Maysuradzenin Xaşuri şəhərindəki evi qarət olunub.

AZƏRTAC xəbər verir ki, faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, 25 yaşlı çempionun evindən qiymətli əşyalar və pul oğurlanıb.

Qeyd edilir ki, Luka Maysuradze bir həftə əvvəl Dohada keçirilən cüdo üzrə dünya çempionatından qızıl medalla qayıdıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.