DÜNYA


Gürcüstanda əhalinin 180 minə yaxını dövlətdən sosial yardım alır

Gürcüstanda əhalinin 180 minə yaxını dövlətdən sosial yardım alır

Tbilisi, 13 fevral, AZƏRTAC

Gürcüstanda əhalinin 793 min 751 nəfəri pensiya, 177 min 897 nəfəri isə dövlətdən sosial yardım alır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, 2021-ci ilin statistik məlumatlarına görə, ölkədə pensiya alan əhalinin sayı 793 min 751 nəfər təşkil edib. Onların da 71,5 faizini qadınlar, 28,5 faizini isə kişilər təşkil edib.

Ölkə üzrə pensiya alanların böyük əksəriyyəti - 29,4 faizi Tbilisidə, 16,3 faizi İmeretidə, 10,8 faizi Sameqrelo-Zemo Svanetidə, 9,8 faizi Kvemo Kartlidə, 8,9 faizi Kaxetidə, 24,8 faizi isə digər regionlarda yaşayır.

Sosial yardım alanlara gəldikdə isə, ötən il ümumilikdə 177 min 897 nəfər sosial yardım alıb. Onlardan 34,7 faizi qadınlar, 65,3 faizi isə kişilərdir.

Qeyd edək ki, Gürcüstanda qadınlar 60, kişilər isə 65 yaşda pensiya alır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.