DÜNYA


Gürcüstanda ərzaq məhsullarının qiyməti artıb

Tbilisi, 3 dekabr, AZƏRTAC

Gürcüstanda ərzaq və gündəlik tələbat mallarının qiyməti 1 faizdən 19 faizədək bahalaşıb.

AZƏRTAC Gürcüstan Milli Statistika İdarəsinə istinadla xəbər verir ki, noyabr ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 1,4 faiz, alkoqollu içkilər və tütünün qiyməti 0,6 faiz, tərəvəzlərin qiyməti isə 5,7 faiz bahalaşıb.

Mal əti, qoyun əti və balığın qiyməti 2,1 faizdən 18,8 faizə qədər, süd, pendir və yumurtanın qiyməti isə 3,3 faiz artıb.

Ötən ay meyvə və üzümün qiymətində isə 8,3 faiz ucuzlaşma qeydə alınıb.

Ekspertlərin fikrincə, bahalaşma əsasən inflyasiya ilə əlaqədar olub. Noyabr ayında Gürcüstanda inflyasiya 0,7 faiz təşkil edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.