DÜNYA


Gürcüstanda ərzaq və digər istehlak mallarının qiyməti bahalaşıb

Gürcüstanda ərzaq və digər istehlak mallarının qiyməti bahalaşıb

Tbilisi, 28 sentyabr, AZƏRTAC

Cari ilin avqustunda Gürcüstanda ərzaq və digər istehlak mallarının qiyməti 2017-ci ilin eyni dövrü ilə müqayisədə xeyli artıb.

AZƏRTAC xəbər verir ki, bunu mətbuata Gürcüstan Milli Statistika Xidmətinin icraçı direktoru Qoqita Todradze bildirib.

Onun sözlərinə görə, 2018-ci ilin avqust ayında ərzaq məhsullarının qiyməti keçən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz, tibbi ləvazimat və dərmanlarının qiyməti 10,3 faiz, benzinin qiyməti 19,5 faiz bahalaşıb.

İcraçı direktor bahalaşmanı milli valyutanın devalvasiyası ilə əlaqələndirib. Bildirib ki, milli valyutanın devalvasiyası idxal olunan məhsullarının qiymətlərin artmasına təkan verir. Gürcüstanda isə istehlak zənbilində idxal olunan məhsullar 25 faiz təşkil edir.

“Gürcüstan daxili tələbatını ödəmək üçün neft məhsullarını, eləcə də benzini tam şəkildə xaricdən idxal edir. Bu da təbii ki, milli valyutanın devalvasiyasına təsirsiz ötüşmür”,–deyə Q.Todradze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.