CƏMİYYƏT


Gürcüstanda etnik azlıqlardan olan tələbə və gənclərə dəstək məqsədilə treninqlər keçirilir

Tbilisi, 1 dekabr, AZƏRTAC

Gürcüstanda etnik azlıq nümayəndələri olan tələbələrin ali təhsil müəssisələrində daha yaxşı təhsil almaları və gənclərin peşəkarlıqlarının artırılmasına dəstək məqsədilə "Vətəndaş inteqrasiyası və mədəniyyətlərarası münasibətlər" mövzusunda treninq keçirilir.

AZƏRTAC xəbər verir ki, treninqdə Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan və “1+4 və təcrübə proqramı” layihəsində iştirak edən gürcü, azərbaycanlı və digər milli azlıqlardan olan tələbələr iştirak edirlər.

Təlimlər Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin təşəbbüsü və BMT-nin Vətəndaş İnteqrasiya və Etnik Münasibətlər Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Treninqin açılış mərasimində Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin müavini Lia Qiqauri və şöbə müdiri Eliso Lomidze çıxış edərək Gürcüstanda milli azlıqların yerli cəmiyyətə və Avropaya inteqrasiyası, dövlət və bələdiyyə, eləcə də özəl strukturlarda işlə təminatı istiqamətində görülən işlər barədə məlumat veriblər.

Bildirilib ki, təlimin əsas məqsədi milli azlıqların təhsil problemlərinin həllinə, peşəkarlıq qabiliyyətinin artırılmasına köməklik göstərməkdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.