Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Gürcüstanda fəaliyyət göstərən “Aktual Media” təşkilatının təsisçisi və baş direktoru İlkin Hüseynovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Gürcüstanda fəaliyyət göstərən “Aktual Media” təşkilatı və onun azərbaycandilli “Aktual.ge” xəbər portalının kollektivi adından, şəxsən öz adımdan Sizi yubileyiniz münasibətilə təbrik edirəm.

Cənab Prezident, Siz dünya azərbaycanlılarına, o cümlədən Gürcüstanda yaşayan azərbaycanlılara daim diqqət və qayğı göstərirsiniz. Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan Respublikasının hər keçən gün inkişaf etməsi, güclənməsi Gürcüstandakı soydaşlarımıza böyük sevinc yaşadır. Sizin rəhbərliyinizlə müzəffər Azərbaycan Ordusunun işğal altındakı əzəli torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad etməsi münasibətilə Zati-alinizi xüsusi olaraq təbrik edirəm.

Cənab Prezident, yubileyiniz mübarək olsun!

Uca Allah Sizə möhkəm cansağlığı, güc-qüvvət versin.

Hörmətlə,

 
İlkin Hüseynov

Gürcüstanda fəaliyyət göstərən “Aktual Media”

təşkilatının təsisçisi və baş direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin