DÜNYA


Gürcüstanda gündəlik istehlak mallarının qiyməti artıb

Tbilisi, 4 oktyabr, AZƏRTAC

Cari ilin sentyabrında Gürcüstanda inflyasiyanın səviyyəsi əvvəlki ayla müqayisədə 0,8 faiz, illik müqayisədə isə 11,5 faiz təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin məlumatında qeyd edilir.

Bildirilir ki, 2022-ci ilin sentyabr ayında baza inflyasiyası ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz olub.

Məlumatda qeyd olunur ki, inflyasiyanın artması ölkədə istehlak mallarının qiymətlərinin artmasına səbəb olub.

Statistika xidmətinin yeni qiymət indeksinə görə, ölkədə çörək məhsulları 33 faiz, süd, pendir və yumurta 23,3 faiz, yağ məhsulları 21,2 faiz bahalaşıb.

Bundan başqa, mineral və bulaq suyu, sərinləşdirici içkilər və təbii şirələr 22,5 faiz, qəhvə, çay və kakao 18,9 faiz, balıq 16,5 faiz, şəkər, mürəbbə və digər şirniyyatlar 15,8 faiz, ət və ət məhsulları 9,8 faiz, meyvə və üzüm 9,6 faiz bahalaşıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.