DÜNYA


Gürcüstanda həkimlər arasında koronavirusa yoluxma halları yenidən artıb

Tbilisi, 14 noyabr, AZƏRTAC

Gürcüstanda həkimlər arasında koronavirusa yoluxma halları artıb. Bu günədək ölkədə 4 min 666 tibb işçisində koronavirus təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Onun sözlərinə görə, bu göstərici ümumi yoluxanların 6,4 faizini təşkil edir.

Bildirilib ki, sentyabrın 1-ci həftəsinədək Gürcüstanda cəmi 140 tibb işçisində koronavirus aşkarlanıb. Oktyabrın sonunda isə bu rəqəm 1678 olub.

Hazırda isə bu rəqəm 4 min 666-ya çatıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.