DÜNYA
Gürcüstanda hər il minlərlə insan xərçəngdən dünyasını dəyişir
Tbilisi, 4 sentyabr, AZƏRTAC
Gürcüstanda xərçəng xəstəliyi yayılmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi ölkədəki xərçəngə yoluxma ilə bağlı statistik məlumatlar yayıb.
Statistikaya görə, 2020-ci ildə Gürcüstanda 10,339 nəfər xərçəng xəstəliyinə tutulub. Onların da 54 faizini qadınlar, 46 faizini isə kişilər təşkil edib.
Yeni halların 68 faizi yaşı 30-dan 70-dək, 28 faizi 70 yaşdan yuxarı, qalanı isə 20 yaşa qədər olan insanlarda qeydə alınıb.
Məlumata görə, 2020-ci ildə Gürcüstanda 8024 nəfər xərçəngdən ölüb.
Dünyasını dəyişənlərin 15 faizini traxeya, bronxial, ağciyər xərçəngi, 10 faizi isə döş xərçəngi təşkil edib.
Qadınlarda xərçəngin əsasən döş, tiroid və kolorektum, kişilərdə isə prostat vəzi, traxeya, bronxlar, ağciyər, kolorektum növünə rast gəlinib.
Uşaqlarda isə ən çox bədxassəli şişlər, dünyada olduğu kimi, lösemi, lenfoma, beyin və onurğa beyni şişlərə rast gəlinir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi