DÜNYA


Gürcüstanda illik inflyasiya 11,9 faizə yüksəlib

Tbilisi, 5 avqust, AZƏRTAC

Gürcüstanda illik inflyasiya 11,9 faizə yüksəlib.

Gürcüstanın Milli Bankı inflyasiya və qlobal maliyyə böhranını nəzərə alaraq uçot dərəcəsini daha 0,5 faiz bəndi artıraraq 10 faizə çatdırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından məlumat verilib.

Məlumatda deyilir ki, son zamanlar yüksək inflyasiya qlobal problemə çevrilib və iyulda bir çox ölkələrdə qiymət artımı proqnozları üstələyib. Ötən ay Gürcüstanda da illik inflyasiya gözlənilmədən ən yüksək həddə - 11,9 faizə yüksəlib.

Gürcüstan Milli Bankı inflyasiyanın 2022-ci ildə azalacağını və tədricən orta müddətli 3 faizlik hədəf göstəricisinə yaxınlaşacağını proqnozlaşdırır. İqtisadiyyatda və maliyyə bazarlarındakı proseslər davamlı olaraq izlənilir və qiymət sabitliyini təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə ediləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.