DÜNYA
Gürcüstanda intihar hallarının sayı artıb
Tbilisi, 23 fevral, AZƏRTAC
Ötən il Gürcüstanda cinayətkarlıq və intihar hallarının sayı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, 2017-ci ildə Gürcüstanda 630 intihar və intihara cəhd hadisəsi qeydə alınıb. Ən çox özünəqəsd paytaxt Tbilisidə baş verib.
Ötən ilə ölkədə 365 intihar və 265 intihara cəhd olub. Özünə qəsd edənlər arasında kişilər çoxluq təşkil edir. 2017-ci ildə intihar və ya intihara cəhd edənlərin 462-si kişi olub.
Nazirlikdən, həmçinin bildirilib ki, ötən ilə ölkə ərazisində baş verən cinayətlərin sayında da artım qeydə alınıb.
Belə ki, 2017-ci ildə Gürcüstanda 37 min 944 cinayət hadisəsi qeydə alınıb. Bu da 2016-cı il ilə müqayisədə 5,4 faiz çoxdur.
Qeydə alınmış cinayət hadisələrinin 64,5 faizi sağlamlığa, əmlaka zərərvurma və narkotiklərlə bağlı olub.
Ötən il baş vermiş cinayət hadisələrinin 53,2 faizinin üstü açılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]