DÜNYA


Gürcüstanda intihara cəhd halları artıb

Tbilisi, 10 oktyabr, AZƏRTAC

Gürcüstanda intihara cəhd və özünəqəsd halları artıb.

Cari ilin birinci yarısında Gürcüstanda 219 intihara cəhd halı qeydə alınıb və 207 nəfər bu yolla dünyasını dəyişib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Ombudsmanı Nino Lomdcariya məlumat verib.

Onun sözlərinə görə, 2018-ci ildə 389 intihar və 477 intihara cəhd halı qeydə alınıb və 389 nəfər özünəqəsd edərək ölüb.

Ombudsman deyib ki, psixoloji sağlamlıq ölkədə problemli sahələrdən biridir. Dövlət bu xəstəliyə qarşı mübarizəyə dair xüsusi proqramın hazırlanmasının vacibliyini qeyd etsə də, hələlik belə bir proqram qəbul olunmayıb.

N.Lomdcariya deyib ki, psixoloji problemlər daha çox narkotik vasitələrin təsiri altında yaranır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.