DÜNYA


Gürcüstanda işsizlik səviyyəsi ötən illə müqayisədə 7 faiz artıb

Tbilisi, 19 noyabr, AZƏRTAC

Gürcüstanda işsizlik səviyyəsi əvvəlki aylara və 2019-cu ilin 9 ayı ilə müqayisədə 7 faiz artıb.

Cari ilin III rübündə Gürcüstanda işsizlik səviyyəsi 11,9 faiz təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu göstərici 2019-cu ilin eyni dövrünə nisbətən 7 faiz bəndi çoxdur.

Hesabat dövründə şəhər yerlərində işsizlik 18,8 faiz, kənd yerlərində isə 4,8 faiz olub.

Kişilər arasında bu göstərici 13,9 faiz, qadınlar arasında isə 9,4 faiz təşkil edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.