Gürcüstanda kafe və restoranların fəaliyyətinə icazə verilir
AzerTAg.az
Tbilisi, 13 fevral, AZƏRTAC
Fevralın 15-dən Gürcüstanda kafe və restoranların fəaliyyətinə icazə verilib. Ölkə ərazisindəki kafe və restoranlar açıq səmada fəaliyyətini davam etdirəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava məlumat verib.
Nazir deyib: “Koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətlərin mərhələ-mərhələ aradan qaldırılması strategiyası fevralın 15-dən davam edəcək. Həmin gündən kafe və restoran şəbəkələri üçün açıq havada xidmət bərpa olunur. Bütün Gürcüstan ərazisində kafe və restoranlar açıq havada yenidən fəaliyyətə başlayacaq. Lakin komendant saatı məhdudiyyəti onlara da şamil olunacaq. Bundan başqa onlar sadəcə həftəiçi işləyə biləcəklər, şənbə və bazar günləri işləməyəcəklər”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Xəbərin mətnində orfoqrafik səhv var