DÜNYA
Gürcüstanda karantin rejimi qismən yumşaldılır
Tbilisi, 22 yanvar, AZƏRTAC
Gürcüstan hökuməti COVID-19 virusuna qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunan xüsusi karantin rejiminin fevralın 1-dən qismən yumşaldılması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, qərara əsasən fevralın 1-dən Batumi, Zuqdidi, Qori, Poti və Telavi şəhərlərində ictimai nəqliyyatın fəaliyyəti bərpa olunacaq.
Həmin şəhərlərdə məktəb və ticarət obyektləri də açılacaq.
Fevralın 1-dən Tbilisi, Kutaisi və Rustavi şəhərlərində də mağaza və ticarət mərkəzlərinin fəaliyyətinə icazə veriləcək. Bu şəhərlərdə məktəb və ictimai nəqliyyat işini martın 1-dən etibarən bərpa edəcək.
Fevralın 15-dən etibarən isə bütün şəhərlərdə qapalı və açıq bazarlar fəaliyyətə başlayacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]