DÜNYA


Gürcüstanda keçiriləcək prezident seçkilərinin vaxtı məlum olub

Tbilisi, 1 avqust, AZƏRTAC

Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili keçirdiyi brifinqdə bildirib.

Bununla da seçkilərə rəsmən start verilib.

Məlumat üçün qeyd edək ki, bu il Gürcüstanda seçkilər dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilər olacaq. Prezident altı il müddətinə seçiləcək və 6 ildən sonra Gürcüstan tam olaraq parlament respublikasına çevriləcək, prezident isə seçicilər kollegiyası tərəfindən seçiləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.