ELM VƏ TƏHSİL


Gürcüstanda keçirilən beynəlxalq tədbirdə Azərbaycan alimlərinin məruzələri dinlənilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun (İSİ) alimləri Gürcüstanda keçirilən “Avropa-Asiya Nəqliyyat Körpüsü” IV Gürcüstan-Polşa beynəlxalq elmi-texniki konfransında iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, plenar iclasda İSİ-nin direktoru, akademik Telman Əliyev “Qəzaların başlanğıc və inkişaf dinamikasının Noise nəzarəti” mövzusunda məruzə ilə çıxış edib. O, Noise monitorinq texnologiyaları sahəsində institutda əldə olunan nailiyyətlər və onun istehsalata tətbiqi ilə bağlı məlumat verib.

Konfransın nəqliyyat sessiyasında institutun xarici əlaqələr və innovasiyalar şöbəsinin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru Tofiq Babayev “Qəzaların başlanğıcının və inkişaf dinamikasının Noise nəzarəti texnologiyaları və sistemləri, onların tikintidə və nəqliyyatda tətbiqi” adlı layihəsini təqdim edib. Layihədə magistral xətt boyunca seysmik təhlükənin bildirişinin intellektual sisteminin; dəmiryol xəttində, körpülərdə, tunellərdə və bütün yol boyunca kommunikasiyalarda nasazlıqların başlanğıcının gizli dövrünün Noise nəzarətinin alt sistemlərinin yaradılması nəzərdə tutulur.

Konfransda İdarəetmə Sistemləri İnstitutu və bir sıra xarici ölkələrin iştirakı ilə konsorsiumun yaradılması barədə ilkin razılıq əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.