İDMAN
Gürcüstanda keçirilən beynəlxalq turnirdə həlak olan idmançımızın xatirəsi anılıb
Bakı, 1 iyul, AZƏRTAC
Gürcüstanın Svanetiya bölgəsinin Lentexi ərazisində idman dırmanması üzrə gənclər arasında beynəlxalq turnirə start verilib.
AZƏRTAC xəbər verir ki, sürət və çətinlik növləri üzrə keçirilən yarışda Azərbaycanı məşqçi Çingiz Tağızadənin rəhbərliyi altında yığmamızın üzvləri təmsil edirlər.
Gürcüstan Qayayadırmanma Federasiyasının rəhbərliyi və yarış iştirakçıları bu günlərdə dünyasını dəyişən qayayadırmanma və buzadırmanma üzrə Azərbaycan çempionu Reyhan Məmmədovanın ruhunu 1 dəqiqəlik sükutla yad ediblər. Komanda üzvləri həlak olan idmançımızın ruhuna ehtiram əlaməti olaraq yarışa qara sarğı ilə çıxıblar.
Turnirə iyulun 3-də yekun vurulacaq.