DÜNYA
Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda seçicilərin 38,8 faizi səsvermədə iştirak edib
Tbilisi, 28 noyabr, AZƏRTAC
Gürcüstanda prezident seçkilərinin ikinci turu davam edir.
AZƏRTAC xəbər verir ki, saat 15:00-da seçici fəallığı 38,8 faiz təşkil edib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze deyib ki, saat 15:00-a qədər seçicilərin 1 milyon 363 min 493-ü (38,8 faiz) öz seçimlərini ediblər.
Onun sözlərinə görə, oktyabrın 28-də keçirilmiş birinci turda saat 15:00-dək seçicilərin 30,98 faizi (1 milyon 85 min 730 seçici) səs vermişdi.
Ən çox fəallıq Ambrolauri rayonunda (Raça-Leçxumi və Kvemo Svaneti bölgəsi) qeydə alınıb. Bu rayonda seçicilərin 50,01 faizi səsvermədə iştirak edib. Ən aşağı fəallıq isə Kvem Kartli bölgəsinin Tsalka rayonunda qeydə alınıb -30,3 faiz.
Qeyd edək ki, ikinci turda müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zuravişvili və “Vahid Milli Hərəkat” partiyasının və “güc birlikdədir” ictimai birliyinin dəstəklədiyi Qriqol Vaşadze mübarizə aparırlar.
Gürcüstan qanunvericiliyinə görə, ikinci turda namizədin qalib gəlməsi üçün seçicilərin səs faizinin əhəmiyyəti yoxdur. Bu turda prezidentliyə namizəd adi səs çoxluğu ilə seçiləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]