DÜNYA
Gürcüstanda kommersiya obyektləri üçün təbii qazın istehlak qiyməti artırılıb
Tbilisi, 1 iyul, AZƏRTAC
İyulun 1-dən Gürcüstanda kommersiya obyektləri üçün təbii qazın istehlak qiyməti artırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Tbilisi Energy” məlumat yayıb.
Bildirilir ki, müvafiq qərara əsasən, kommersiya obyektlərində istehlak olunan 1 kubmetr (m3) qaz üçün sərf olunan 1,10 lari əvəzinə 1,35 lari ödəniləcək. Bu artım təqribən 20 min abunəçini əhatə edəcək.
Ekspertlərin fikrincə, ölkədə kommersiya obyektləri üçün təbii qazın qiymətinin artımı digər istehlak məhsullarının, o cümlədən çörəyin qiymətinin kəskin artmasına səbəb olacaq.
Bildirilir ki, bu artım əhali qrupuna hələlik şamil edilməyəcək. Əhali qrupuna daxil olan abunəçilərin istehlak etdiyi qazın qiyməti bu ilin sonuna qədər artırılmayacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi